İranın özünü İsraildən gələn quldurluq və dövlət terrorizmindən müdafiə etmək hüququ tamamilə təbii, qanuni və hüquqi cəhətdən əsaslandırılmışdır.

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Netanyahu soyqırım törətməkdə qəddarlıq baxımından çoxdan Adolf Hitleri üstələyib.

Ərdoğan qeyd edib ki, Ankara İran-İsrail münaqişəsi ilə bağlı istənilən inkişafa və mümkün mənfi ssenarilərə hazırlaşıb və hazırlaşır.

"İsrail təcavüzünün dayandırılması sülh və bütövlükdə bütün bəşəriyyət üçün lazımdır. Qonşu İran da daxil olmaqla, regionumuzun bütün ölkələri baş verən hadisələrdən lazımi dərslər çıxarmalıdır", - deyə o qeyd edib.