Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Köhnəqala kəndi ərazisində qeydə alınıb.

Belə ki, 90-UU-434 dövlət qeydiyyat nişanlı "Lexus LX570" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Murad İbrahimli