Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.
"Unikal" xəbər verir ki, əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə İcra başçısı Rəcəb Babaşov, aparatın məsul əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, müavinlər, digər əməkdaşlar, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Əlamətdar gündə bir qrup dövlət qulluqçusu 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Qazax RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Adil Seyfəddin oğluna, RİH başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar İsgəndərov Fərhad Xaliddin oğluna, Hüquq şöbəsinin müdiri Orucova Ülviyyə İsmayıl qızına, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rüstəmov Ceyhun Nadir oğluna, böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qurbanova Elnarə Müşviq qızına, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri Mehdiyev Kamil Fazil oğluna, İbrahimov Bahadur Vaqif oğluna, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib Xasməmmədov Raqif Sahid oğluna, Qazax RİH başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alıyev Murğuz Qələndər oğluna, Aslanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pirməmmədov Məhəmməd Xəlid oğluna, Aşağı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əfəndiyev Yaşar Oqtay oğluna, Fərəhli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Nəsimi Vəli oğluna, Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çobanov Ayət Saqif oğluna, Orta Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruzov Müşfiq Vəzir oğluna, Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmşiyev Nəsib Məmməd oğluna, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Məsmalıyev Əziz Tanrıverdi oğluna, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vəkilov Elxan Rafiq oğluna, Qazax Rayon Statistika İdarəsində rəis müavini Mustafayev Elçin Omar oğluna Qazax RİH başçısının Fəxri Fərmanları təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Respublika Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusunun medallarla təltif olunduğunu, həmin dövlət qulluqçuları arasında Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sektor müdiri Babayev Qurban Teymur oğlunun və Qazax Rayon Statistika İdarəsinin rəisi Xəlilova Dürdanə Rəhim qızının da olduğunu, onların "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiklərini vurğulayıb Onları bu münasibətlə təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha səmərəli fəaliyyət arzulayıb. Respublika Prezidenti İlham Əliyevə dövlət qulluqçularının, o cümlədən də Qazax Rayon İcra Hakimiyyəti və digər əməkdaşımızın fəaliyyətinə, əməyinə verdiyi yüksək qiymət və dəyərə görə ziyalılar adından minnətdarlığını bildirib. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin Vətəninə, xalqına olan sevgisinin, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərinin hər bir dövlət məmuruna nümunə olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin vətəndaşlara göstərdiyi qayğıdan söz açan rayon rəhbəri həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. Ölkə başçısı hər zaman vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranını düşünür. İcra başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil, suveren, qalib Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik. Rayon rəhbəri bildirib ki, ölkə Prezidentinin dövlət qulluqçuları haqqında söylədiyi "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil. Məsuliyyətdir. İnsanlara xidmət imkanıdır” fikrini hər bir dövlət qulluqçusu öz əməli işi ilə hər zaman doğrultmağa çalışmalıdır. Hər bir dövlət qulluqçusu üzərinə düşən məsuliyyəti dərk edərək vətəndaşlara, xalqa xidmət etməyi özünün həyat amalı, məqsədi hesab etməlidir. Vətəndaşların müraciətini, qayğısını özünün qayğısı hesab etməli, daim vətəndaş məmnunluğunu təmin etməlidir. İcra başçısı dövlətin, ölkə rəhbərinin vətəndaşlara olan qayğılarının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da vətəndaş amilini, vətəndaş məmnunluğunun təmin olunmasını əsas götürmələrini tövsiyə edib.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Yasin Əkbərov çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təltif olunan dövlət qulluqçularına Fəxri Fərmanlar təqdim edilib.
Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.