"Hər bir tikilən yeni binanın aşağısında məktəbəqədər təhsil müəssisəsi olsun".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
"Valideyn uşağını həmin məktəbəqədər təhsil müəssisəsinə qoymalıdır. Bu gün bəllidir ki, hər iki valideyn işləmədiyi şəraitdə ailəni dolandırmaq çətindir. Həmçinin, bələdiyyələrə uzunmüddətli güzəştli kreditlər verilsin ki, onların hər biri öz ərazisində məktəbəqədər təhsil müəssisəsi yaratsın", -deyə deputat bildirib.
Onun sözlərinə görə, elə özəl məktəbəqədər təhsil müəssisəsi var ki, illik qiyməti 7 min manatdır: "Azərbaycanda elə özəl ali məktəb tanımıram ki, orada 7 min təhsil haqqı tələb etsinlər. Bu məsələlərə də qanunvericilikdə yenidən baxılmasına ehtiyac var".
Anar Kəlbiyev