Avropa Nevrologiya Akademiyasının (EAN) illik toplantısında təqdim olunan yeni araşdırmaya görə, tez -tez kabuslar görən insanların vaxtından əvvəl ölüm riski üç dəfə yüksəkdir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kabus insanlarda əhəmiyyətli dərəcədə sürətlənmiş bioloji yaşlanmaya səbəb olur. 

Bildirilir ki,  yuxuda kabus görən insan stressli olur. 

Araşdırmaya görə, tədqiqatçılar Birləşmiş Ştatlarda aparılan sağlamlıq tədqiqatlarında iştirak edən 8-10 yaşlı 2400 - dən çox uşaq və 26-86 yaşlı 183.000 böyüklərin məlumatlarını təhlil ediblər. 

Tədqiqatçıların fikrincə, qorxulu kabuslar siqaret, piylənmə, qeyri-sağlam qidalanma və fiziki fəaliyyətin olmaması kimi digər risk faktorları ilə müqayisədə vaxtından əvvəl ölümün daha güclü proqnozlaşdırıcısıdır. Tədqiqatçılar daha tez-tez kabus görən uşaqlar və böyüklərin də daha sürətli bioloji qocalma yaşadıqlarını aşkar ediblər.

Tədqiqatçılar sürətlənmiş qocalmanın iştirakçıların təxminən 40 faizində ölüm riskinin artmasına səbəb olduğunu təxmin ediblər.​​

Alimlər müəyyən ediblər ki, tez-tez kabuslar görmək yaş, cins, etnik mənsubiyyət və psixi sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəsə eyni şəkildə təsir edir.

Nadir hallarda və ya heç vaxt kabus görməyənlərlə müqayisədə hətta aylıq kabuslar daha sürətli qocalma və daha yüksək ölüm riski ilə əlaqələndirilir.

Gülayə Mecid