Rusiya Baş Prokurorluğu "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı 19 təqsirləndirilən şəxsə qarşı cinayət işini məhkəməyə göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS-a zərərçəkmişlərin vəkili İqor Trunov açıqlayıb. 

"2025-ci il iyunun 30-da Rusiya Prokurorluğu "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı cinayət işi üzrə ittiham aktını təsdiq edib və mahiyyəti üzrə baxılması üçün 2-ci Qərb Dairə Hərbi Məhkəməsinə göndərib.

Zərərçəkmişlərin vəkilləri cinayətdə təqsirləndirilən şəxslərə dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış etmək niyyətindədirlər.  

Ağarza Elçinoğlu