Yaponiya hökuməti bələdiyyələrə yaxın 30 il ərzində baş verə biləcək meqa zəlzələyə hazırlaşmağı tapşırıb.
"Unikal" xəbər verir ki, böyük təbii fəlakət ehtimalı 80% təşkil edir. Sərəncam 30 prefekturada 723 bələdiyyəyə göndərilib. Bunun Nankai çuxurunda baş verə biləcəyi gözlənilir.
Xəbərdarlıqda deyilir ki, yeni hədəfin bir hissəsi olaraq, 6,0 və ya daha çox yeraltı təkanlar və 3 metr və ya daha çox sunami gözlənilən İbarakidən Okinavaya qədər bələdiyyələr “fəlakətə hazırlığın artırılması zonaları” olaraq təyin ediləcək.
Bələdiyyələr təbii fəlakətlərin qarşısının alınması üçün infrastrukturun seysmik müqavimətinin artırılması və əlavə ehtiyatların yaradılması kimi konkret planlar hazırlamalıdırlar.