Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanılan rusiyalılara konsulluq xidmətinin təmin edildiyini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Konsulluq girişi təmin olunub", - diplomatik nümayəndəlikdən bildirilib. 

Hələlik təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, konsulluq əməkdaşlarının Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı ilə görüşü razılaşdırılıb.

***15:36

Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşına konsulluq əməkdaşlarının girişi razılaşdırılıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə, konsulluq işçilərin Azərbaycanda saxlanılan ruslarla görüşməsi razılaşdırılıb. 

Gülayə Mecid