"ABŞ-İsrailin inkişaf etməkdə olan qeyri-nüvə dövləti olan İrana qarşı son təcavüzü dünya sülhünün gələcəyi üçün son dərəcə mühüm təsirlər göstərəcək".
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammitində bildirib.
"İsrail rejiminin İrana qeyri-qanuni hücumu BMT Nizamnaməsinə zidd təcavüz aktıdır. Bu qanunsuz hücumlar nəticəsində 6 mindən çox günahsız insan həlak olub, yaralanıb, infrastrukturumuza, yaşayış məntəqələrimizə və nüvə obyektlərimizə ziyan dəyib. Bu təcavüz diplomatiyaya və hüquq hakimiyyətinə ölümcül zərbə vurub", - deyə Əraqçi bildirib.