Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
"Unikal"ın məlumatına görə, 53 yaşlı Nazim Pənahov Azərbaycan Tibb Universitetində çalışırdı. O, 2024-cü ilin oktyabr ayından tədris işləri üzrə prorektor idi.
N.Pənahov 2016-cı ildən 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb. Həmçinin, səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.
Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.