Rusiyalı sabiq nazir Roman Starovoytun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Unikal" xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Starovoyt iyulun 5-dən 6-na keçən gecə intihar etmiş ola bilər.
Məlumata görə, o şəxsi avtomobilində həyatına qəsd edib:
"Roman Starovoyt şəxsi PM tapançasını götürüb, Maleviç parkına gedib və avtomobilində özünü güllələyib", - Komitənin məlumatında qeyd olunub.
Onun ölümü ilə bağlı Rusiya İstintaq Komitəsi araşdırma aparır, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
***17:03
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt Odintsovoda intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat dərc edib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Roman Starovoiti nəqliyyat naziri vəzifəsindən azad edib. Onun yerini müvəqqəti olaraq Novqorod vilayətinin keçmiş qubernatoru Andrey Nikitin tutub.
"Məlumata görə, bir müddət əvvəl bölgədə istehkamların tikintisi zamanı mənimsəməyə görə saxlanılan Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov Roman Starovoytun əleyhinə ifadə verib. Starovoyt işdən çıxarılıb və bundan sonra o, Moskva vilayətindəki evində intihar edib", - teleqram kanallardan biri yazıb.
Gülayə Mecid