Amerika texnologiya nəhəngi "Amazon"un qurucusu Ceff Bezos şirkətin təxminən üç milyon daha çox səhmini satıb.
"Unikal" xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Bezosun satdığı səhmlərin ümumi dəyəri 666 milyon dollardır.
Ən son səhm satışı Bezosun Venesiyada Lauren Sançeslə 50 milyon dollar dəyərində toy mərasimindən qısa müddət sonra baş tutub.
Tədbirdə ulduz qonaqlar, o cümlədən İvanka Tramp və həyat yoldaşı Cared Kuşner, Bill Qeyts, Opra Uinfri, bir neçə Kardaşyan bacıları, Hollivud ulduzu Leonardo Di Kaprio iştirak edib.
Ümumilikdə, 2021-ci ildə "Amazon"un baş direktoru vəzifəsindən ayrılan Bezos iyunun son günlərində 736,7 milyon dollarlıq səhm satıb.