“Kəpəz” klubu futbolçusu Rauf Hüseynli ilə yollarını ayırıb.
Gəncə təmsilçisindən "Unikal"a verilən məlumata görə, müqaviləsi başa çatan müdafiəçi komandanı tərk edib.
R.Hüseynli ötən mövsüm 27 çempionat matçında 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.