Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta iyulun 24-də Çinə səfər edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Qeyd olunub ki, səfər Çin və Aİ arasında əldə olunan razılaşmalara uyğun olaraq həyata keçirilir. İyulun 18-də Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində yeddi Çin və dörd türk şirkətinə məhdudiyyətlər qoyub.