İran dövlət televiziyası İran və Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə müzakirələrinin iyulun 25-də İstanbulda keçiriləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də danışıqların İstanbulda keçiriləcəyini təsdiqləyib.
İyulun 25-i cümə günü İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək nüvə müzakirələrində İranı xarici işlər nazirinin müavinləri Məcid Təhtrevançi və Kazım Qəribabadi təmsil edəcək.