Hindistanın Mumbay hava limanında 350-dən çox reys təxirə salınıb, ikisinin istiqaməti dəyişdirilib və ondan çoxu dolama yollara getmək məcburiyyətində qalıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Mumbay hava limanından gedən 283 reys gecikib, 77 gələn reys isə qrafikdən geri qalıb.

Qeyd edək ki, Mumbayda güclü yağış yağdığından hava nəqliyyatı tamamilə fəaliyyətini dayandırıb.