Rusiya və Ukrayna ölkələr arasında birbaşa danışıqların üçüncü raundu zamanı memorandum layihələri və humanitar məsələləri müzakirə edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqlarda münaqişənin sülh yolu ilə həllinə baxışa dair memorandumlar ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi iyulun 24-25-də İstanbulda baş tuta bilər.