ABŞ-nin nüvə obyektlərinə zərbə endirməsindən sonra İranda uranın zənginləşdirilməsi hələ həyata keçirilməyib, lakin Tehran bunu milli qürur məsələsi hesab edərək bu prosesdən əl çəkmək niyyətində deyil.

"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“Hazırda proses dayandırılıb, çünki obyektlərə ciddi ziyan dəyib. Eyni zamanda, təbii ki, biz zənginləşmədən əl çəkmək fikrində deyilik, çünki bu, alimlərimizin nailiyyətidir, üstəlik, indi bu, milli qürur məsələsidir”, - deyə Əraqçi bildirib. 

Nazir əlavə edib ki, hazırda İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərinə dəyən zərərin həcmini və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.