ABŞ Milli Kəşfiyyat İdarəsi Martin Lüter Kinqə sui-qəsdlə bağlı məxfiliyi götürülmüş 230 min sənədi açıqlayıb.
"Unikal" xəbər verir ki, sənədlərə FTB təhqiqatının təfərrüatları, potensial versiyaların müzakirələri, daxili FTB qeydləri və hücumu onunla müzakirə etdiyini iddia edən qatilin kamera yoldaşı haqqında məlumatlar var.
ABŞ-də qaradərililərin vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinq 1968-ci ildə tətil edən işçilər tərəfindən yürüş zamanı Memfis otelinin eyvanında dayanarkən snayper tərəfindən güllələnib. Onun qatili Ceyms Erl Rey 99 il həbs cəzasına məhkum edilib və həbsxanada ölüb.