Rusiya Federasiyasının İstintaq Komitəsi “Baza” saytının və teleqram kanalının baş redaktoru Qleb Trifonovu həbs edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

İstintaq Komitəsi onu polis əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı əvvəllər açılmış cinayət işi ilə bağlı saxlayıb. 

İşlə Moskva Mərkəzi İnzibati Dairəsinin İstintaq Komitəsi məşğul olur. 

Ağarza Elçinoğlu