Rusiya və Ukrayna arasında bu həftə İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda Türkiyə nümayəndə heyəti təmsil olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti-yə proseslə tanış olan yüksək rütbəli türkiyəli məmur məlumat verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bu həftə İstanbulda baş tutacağını bildirib.
“Çox güman ki, Türkiyə nümayəndə heyətinin tərkibi əvvəlki danışıqlarda olduğu kimi olacaq: Türkiyə diplomatiyası, kəşfiyyatı rəhbərlərinin və hərbi idarənin yüksək rütbəli nümayəndəsinin iştirakı ilə”, - agentliyin mənbəsi bildirib.

Rusiya və Ukrayna arasında birbaşa danışıqların iki raundu, görüşlər İstanbulda reallaşdı. Onlar əsirlərin mübadiləsi ilə nəticələnib. Bundan başqa, Rusiya ölən hərbçilərin cəsədlərini Kiyev rejiminə təhvil verib. Bundan əlavə, tərəflər münaqişənin həllinə dair memorandum layihələri mübadiləsi aparıblar.