İsrailin xarici işlər naziri Gideon Saar Ukraynaya rəsmi səfərə gəlib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində onun bir sıra yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır. Məlumatı The Times of Israel yayıb.

Bildirilib ki, Gideon Saarın Kiyev səfəri 23 iyul tarixinədək davam edəcək. Nazir səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski, xarici işlər naziri Andrey Sibiga, Ukrayna parlamentinin sədr müavini, həmçinin Ukraynada fəaliyyət göstərən yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcək.

Görüşlərin əsas gündəm mövzuları kimi iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik məsələləri və İsrailin Ukraynaya humanitar dəstəyi müzakirə ediləcək.