Yaponiyanın baş naziri Şiqeru İşiba bir sıra yapon KİV-lərində onun rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) yuxarı palata seçkilərində qalib gələ bilməməsindən sonra tezliklə istefa verməyi planlaşdırdığına dair xəbərləri təkzib edib.
"Unikal" "NHK" telekanalına istinadən xəbər verir ki, o, istefa vermək niyyəti barədə ətrafına açıqlama verməyib.
"Görüşdə mənim gələcəyimlə bağlı heç bir müzakirə aparılmayıb. Mən heç vaxt belə açıqlamalar verməmişəm. Bu xəbərlər tamamilə doğru deyil", - kanal baş nazirdən sitat gətirib.
***09:20
Yaponiyanın baş naziri Şiqeru İşiba rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) seçkilərdə uğursuzluğa düçar olması fonunda avqusta qədər istefasını elan edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın “Mainichi” qəzeti məlumat dərc edib.
Məlumata görə, İşiba üç keçmiş hökumət başçısı - Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşməyə hazırlaşır.