İtaliyada kiçik təyyarə dairəvi avtomobil yoluna çırpılıb.
"Unikal" xəbər verir ki, hadisə ölkənin Breşşia bölgəsində yerləşən Azzano Mella şəhərində baş verib və təyyarə yanıb. Qəza zamanı iki nəfər həlak olub.
“Skyleader” modelində olan təyyarənin Piaçenza əyalətindəki “Gragnano Trebbiense” limanından havaya qalxdığı bildirilib. Faktla bağlı araşdırmalar aparılır.