Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskiyə, həmçinin ABŞ lideri Donald Trampa danışıqlar prosesinin hazırlanmasında göstərdikləri səylərə görə təşəkkür edib.
"Unikal" xəbər verir ki, əsas danışıqlara başlamazdan əvvəl İstanbulda Rusiya prezidentinin köməkçisi Vladimir Medzinski, Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak və Fidan arasında üçtərəfli görüş keçirilib. Türkiyəli nazirin açılış nitqindən sonra nümayəndə heyətləri arasında məsləhətləşmələr bağlı qapılar arxasında davam etdirilib.
“Türkiyə Ukrayna münaqişəsinin həllində vasitəçi kimi üzərinə düşən missiyanı yerinə yetirməyə davam edəcək”, - deyə Fidan bildirib.