Şamaxıda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 13 radələrində baş verib.

Belə ki, Şamaxı rayonu ərazisində  “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” markalı avtomobilə dəyib. Nəticədə “VAZ”ın sərnişini, nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seymur Əli