Yevlaxda ailə faciəsinin bəzi detalları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov canına qəsd edib. Bu zaman evdə onun 2002-ci il təvəllüdlü əli qızı Səbinə Bayramovadan başqa heç kim olmayıb. M.Bayramovun ikinci həyat yoldaşı 4-5 gündür evdə deyilmiş. Bu səbəbdən Səbinə aclıqdan vəfat edib. 

Qeyd edək ki, qəsəbədə jurnalist kimi tanınan M.Bayramovun birinci evliliyindən bir oğlu var və o, paytaxtda yaşayır. 

*** 22:40

Yevlaxda evdə 2 meyit aşkarlanıb.

"Unikal"ın məlumatına görə, hadsə Aran qəsəbəsində qeydə alınıb. Atanın ölümündən sonra, 22 yaşlı əlil qızı da aclıqdan vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov