Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

Bu barədə "Unikal"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.

Zəlzələnin maqnitudası 3.5, dərinliyi isə 33 km olub.