Sabunçu rayonu, Aeroport şosesi, köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, Hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
***20:03
Bakıda avtomobil yanıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Ramana qəsəbəsində baş verib.