Sosial şəbəkələrdə Sabirabadda kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

"Unikal" xəbər verir ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı məlumat yayaraq həmin şəxsin saxlanıldığını bildirib:

“Görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilərək dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb”.

O qeyd edib ki, faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür.

***

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür:

“Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib”. 

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.