Serbiya prezidenti Aleksandr Vuçiç sentyabrın əvvəlində rusiyalı həmkarı Vladimir Putinlə Çində görüşə bilər. 

"Unikal" xəbər verir ki, Vuçiç ABŞ lideri Donald Trampla da görüşü istisna etməyib. 

"Mən sentyabrın 1-dən sentyabrın 6-dək Çində olacam. Beş gün. İndi mənə dedilər ki, yəqin ki, Putin orada olacaq və mən onu görə bilərəm. Eşitmişəm ki, Tramp da gələ bilər, amma əmin deyiləm", - Vuçiç Banstol kəndinə səfəri zamanı deyib.

Vuçiçin sözlərinə görə, çinli təşkilatçılar onu sentyabrın 3-də Pekində dünya liderlərinin şam yeməyinə dəvət ediblər, lakin tədbirin konkret iştirakçıları barədə məlumat verməyiblər.