Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa həyat yoldaşı Bricit Makron haqqında susması müqabilində Ukrayna prezidenti Volodimir Zelenskiyə təsir etməyi təklif edib.

"Unikal" xəbər verir ki, bunu amerikalı jurnalist Kendis Ouens həmkarı Taker Karlsona müsahibəsində deyib.

Onun sözlərinə görə, Fransa lideri belə bir təkliflə Ağ Evdə Trampla danışıqlar zamanı çıxış edib. Ouens bildirib ki, Fransa və ABŞ başçılarının görüşündən bir neçə saat sonra Amerika liderinin etibarlı adamlarından biri ona zəng edərək Bricit Makronun cinsini araşdırmağı dayandırmasını istəyib. Jurnalistin dediyi kimi, Trampın etibarlı adamı bildirib ki, Fransanın birinci xanımı ilə bağlı bu mövzuda susmaq “Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymaq üçün şərtdir”.

Qeyd edək ki, Makron və arvadı Bricit Fransanın birinci xanımını kişi adlandıran Kandas Ouensə qarşı iddia qaldırıb.