ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO liderləri onun bütün göstərişlərinə əməl edirlər.

"Unikal" xəbər verir ki, o bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

"Bir il əvvəl ölkəmiz "ölmüşdü" və indi biz dünyanın ən qaynar ölkəsiyik. Bütün NATO liderləri mənə bunu deyirlər və mənim onlardan istədiklərimi edirlər", - Amerika prezidenti deyib.

Trampın sözlərinə görə, o, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələrdən də ABŞ-ın mövqeyi ilə bağlı müsbət rəylər eşidib.