Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Qazyan kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, avtomobillərin toqquşması zamanı 4 nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü Pərviz Cəbrayılov, 1999-cu il təvəllüdlü Bahadur Tağıyev, 1993-cü il təvəllüdlü Vahid Abuşov və 2014-cü il təvəllüdlü İsa Əhmədov xəstəxanaya çatdırılıb.
Durumları ilə əlaqədar yaralılardan biri Kürdəmir, digəri isə Göyçay xəstəxanasına və oradan isə bölgənin digər klinikasına göndərilib. m Hadisə zamanı xəsarət alan şəxslər rayon sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov