Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna böhranını və ABŞ və Rusiya arasında strateji əməkdaşlığın mümkün inkişafı perspektivlərini müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Mövzuların adlarını çəksək, ilk növbədə, təbii ki, bu, Ukrayna böhranıdır. İkinci mövzu isə ABŞ və Rusiya arasında strateji əməkdaşlığın mümkün inkişafı perspektivləridir", - Uşakov jurnalistlərə bildirib.

O, söhbətin çox faydalı və konstruktiv keçdiyini qeyd edib.