Ermənistan ordusunun hərbçiləri qəzaya düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilir ki, Marqara-Vanadzor magistral yolunda "Nissan” və “QAZ-24” markalı avtomobilləri toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada bir nəfər həyatını itirib.
Məlumatına görə, ölən və yaralanan 6 nəfərdən 3-ü Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarıdır.