Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Ukraynaya səfər etməyi planlaşdırmır.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib.
"Prezidentimizin Ukraynaya səfəri indiki məqamda gündəmdə deyil", - deyə o bəyan edib.
Qeyd edək ki, son günlərdə Türkiyə mediasında belə bir səfərin mümkünlüyü barədə məlumat yayılıb. Daha sonra Ukraynanın Türkiyədəki səfiri Nəriman Celyalov məsələyə aydınlıq gətirib.
"Ukrayna tərəfi belə bir səfərin təşkili üzərində işləyir, lakin hələlik səfərin təsdiqi yoxdur", - o bildirib.