Mel Robbinsin 50 dilə tərcümə edilmiş və 2025-ci ildə bestseller olmuş "The Let Them Theory" kitabını oxuyub bitirdim.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan "Facebook" səhifəsində yazıb.
"Bu gün Çin Xalq Respublikasının sədri Si Cinpinin "Çinin idarəçiliyi" kitabını oxumağa başladım. Növbəti oxuyacağım kitab Rəcəb Tayyib Ərdoğanın "Daha ədalətli dünya mümkündür" kitabı olacaq.
Dostlarımızı, qonşularımızı daha yaxşı tanımaq, anlamaq, köhnə problemlərimizi uşaqların çiyninə atmamaq, düşüncəni yaxşılığa doğru dəyişmək, həyat keyfiyyətini yaxşılaşdırmaq, sağlam cəmiyyət formalaşdırmaq, güclü dövlətə sahib olmaq, yeni vətəni dirçəltmək, özünə inam qazanmaq üçün təhsil dəbdədir”, - Akopyan qeyd edib.