1000 əsgərini qəbul etməkdən imtina edən Kiyevin günahı üzündən Rusiya ilə Ukrayna arasında daha bir əsir mübadiləsi baş tutmayıb.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski deyib.

Medinski "Telegram" kanalında yazıb: "Kiyevin imtina etdiyi 1000 əsir ukraynalı əsgər. Bu səbəbdən 2-ci mübadilə çox çətin oldu, 3-cü isə hələ başlamayıb".

O, həmçinin əlavə edib ki, “Rusiya heç vaxt məhbuslarını birinci və ikinci sinfə ayırmayıb”.

Qeyd edək ki, rəsmi Kiyev əsirlikdə olan 1000 əsgərinin adını rusiyalı əsirlərlə mübadilə siyahısından silib.