ABŞ avqustun 8-də Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaları elan edə bilər.
"Unikal" Ağ Ev nümayəndəsinə istinadən xəbər verir ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi barədə cümə günü elan ediləcəyi gözlənilir.
Eyni zamanda, Ağ Ev bəyan edib ki, Rusiya ABŞ-la qarşılıqlı əlaqəni davam etdirmək istəyir və xüsusi elçi Stiv Vitkoffun Vladimir Putinlə görüşü uğurlu olub, BBC xəbər verir.