Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

"Unikal" xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri "Araz-Naxçıvan" və "Sabah" klubları növbəti matçlarına çıxacaqlar.

Belə ki, "Araz-Naxçıvan" bu mərhələdə Kiprin "Omoniya" komandası ilə üz-üzə gələcək.

Digər təmsilçimiz "Sabah" isə səfərdə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq.

7 avqust

UEFA Konfrans Liqası, III təsnifat mərhələsi

20:00, "Araz-Naxçıvan" - "Omoniya";

22:00, "Levski" - "Sabah".