Moskvadan Soçiyə uçan Ural Hava Yollarına məxsus "Airbus A321" təyyarəsi Həştərxana eniş edib.

"Unikal" xəbər verir ki, aviaşirkətin məlumatına görə, təyyarənin Həştərxanda məcburi enişinə səbəb tüstülənmə olub. 

"Həştərxan hava limanında təyyarəyə baxışdan sonra baqaj bölmələrindən birində tüstü izləri aşkar edilib", - məlumatda qeyd olunub 

Aviaşirkət artıq sərnişinləri təyinat yerinə çatdırmaq üçün ehtiyat təyyarə hazırlayır.