“Şamaxı” futbol klubu yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bölgə təmsilçisi avqustun 9-da “Zirə” ilə qarşılaşacaq.
Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq.
Matç saat 17:45-də start götürəcək.
Qeyd edək ki, “Şamaxı” bunadək “Qəbələ”yə 1:2 hesabı ilə uduzub, “Karvan”a 2:0, “Sumqayıt”a isə 1:0 hesabı ilə qalib gəlib.