Ağdərə rayonu ərazisində 2 gün öncə başlayan yanğınlar davam edir.

"Unikal" xəbər verir ki, rayonun Suqovuşan kəndi ərazində dağlıq ərazidə başlayan yanğın küləyin təsirilə genişlənərək, meşə massivinə keçib.

Yanğının söndürülməsinə FHN-in yanğınsöndürənləri, 2 helikopteri cəlb olunub.

Yanğınsöndürmə əməliyyatları davam edir.