Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.

Faktla bağlı araşdırma aparılır.

*** 09:05

Kəlbəcərdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Tural Əhmədov