ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqları uğurlu alınacağı təqdirdə, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi yayıb.
Ağ Ev rəhbəri qeyd edib ki, Rusiya lideri ilə görüşdən sonra Zelenski ilə telefon danışığı keçirmək və onu Putinlə ikinci görüşə dəvət etmək ehtimalı var. Lakin bu, yalnız Trampın keçirilən danışıqları uğurlu hesab etməsi halında baş verəcək.
“Əgər danışıqlar uğursuz olsa, heç kimə zəng etməyəcəyəm. Evə qayıdacağam”, – ABŞ Prezidenti deyib.