Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıtın partlaması nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub. Hadisə nəticəsində sexin binası tamamilə dağılıb.