Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, bu gecə saat 3 radələrində rayonun Baş Göynük kəndində yaşayış olmayan və sahibi bilinməyən ümumi sahəsi 360 m² olan ikimərtəbəli 4 otaqdan ibarət evdə yanğın olub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.