Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusuf açıqlaması ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, sənətçi İstanbul konsertindən əvvəl müsahibə verib. Yeni albomunu Türkiyədə təqdim etməsinin səbəbini açıqlayan Sami Yusif bunları deyib:

“Bir neçə mədəniyyətin harmoniya edilmiş halıyam. Bəli, ingilis pasportum var. Amma mən azərbaycanlıyam, türkəm, həm şərqdənəm, həm qərbdən. Ona görə Türkiyə qəlbimə çox yaxındır”.