Azərbayacana qarşı görünməmiş təxribat
11:35 20-09-2013
SİYASƏT
Azərbayacana qarşı görünməmiş təxribat
Xankəndi hava limanı prezident seçkiləri günü istifadəyə veriləcək
Hələ bir müddət öncə Milli Məclisin vitse-spikeri bəyan etmişdi ki, seçkilər zamanı Ermənistan Azərbaycanda müəyyən təxribatlar törədə bilər.
Hətta buda qeyd olunmuşdu ki, Azərbaycan tərəfinin bununla bağlı əlində faktları var. Məhz bu açıqlamadan sonra aydın oldu ki, atəşkəs daha çox pozulub və təxribat xarakterli addımların sayı artıb. Hətta bu proses Gürcüstanda yaşayan azərbaycanlılarada şamil edilib. Belə ki, bir ay ərzində Ermənistan silahlı qüvvələri Gürcüstandan iki azərbaycanlını az qala oğurlayaraq Ermənistana apardılar. Baş verənlər beləcə sübut edirdi ki, Ermənistan tərəfi istənilən təxribata hazırdır və bu təxribatları hətta o səviyyəyə çatdıra bilər ki, bu Azərbaycan üçün beynəlxalq aləmdə belə problemlər yaradar. Elə son zamanlar bəzi Avropa deputatlarının Dağlıq Qarabağa səfərlərinin təşkili də bu məqsədi daşıyır. Çünki Azərbaycan tərəfi bəyan edib ki, Dağlıq Qarabağa icazəsiz səfər edən şəxslər qara siyahıya salınacaq. Ermənilər isə bunu avtoritarizm kimi dünya ictimaiətinə çatdırmağa çalışırlar. Qeyd edək ki, bundan öncə ermənilər tanınmış bir sıra musiqiçiləri də Dağlıq Qarabağa aparmışdılar və eyni durum yaranmışdı. Amma indi Azərbaycanı daha ciddi təxribat gözləyir. Belə ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim yeni hava limanından uçuşlar həyata keçirmək üçün təyyarələr alıb.Separatçıların mülki aviasiya baş idarəsinin rəisi Dmitri Adabaşyan təyyarələrin 15 gün ərzində uçuşa texniki baxımdan hazır olacaqlarını söyləyib. O, hazırda təyyarələrin texniki baxışdan keçdiyini deyib: “Hava limanı təyyarələri yola salmaq və qəbul etməyə çoxdan hazırdır”.Yarım aydan sonra Dağlıq Qarabağdakı hava limanından ilk uçuşun həyata keçirilməsinin mümkün olub-olmayacağı haqda suala cavabında D. Adabaşyan yalnız texniki məsələlərə cavabdeh olduğunu vurğulayıb.Separatçıların “hökumət”indən isə “Aykakan Jamanak” qəzetinə bildiriblər ki, yaxın 15-20 gün ərzində uçuşun baş tutması mümkün olmaya bilər, bu məsələ müzakirə olunur və qərar qəbul edildikdə bu barədə açıqlama veriləcək.Burda maraqlı olan detallar hansılardır? İlk növbədə Ermənistan tərəfi mülki təyyarələr almaqla sübut etməyə çalışır ki, hava limanı mülki xarakterli olacaq. Bunu isə ona görə edirlər ki, hələ ötən il ATƏT-in Minsk qrupunun həmsədrləri bildirmişdilər ki, hava limanı mülki xarakterli olarsa Azərbaycan buna razılıq verə bilər. Yəni hələ o zamandan belə bir plan işlənilib və Azərbaycan tərəfini çıxılmaz duruma salmağa cəhd edirlər. Çünki Azərbaycan istər mülki,istərsə də hərbi təyinatlı hava limanının işə düşməsinə qarşı olacaqlarını və səmaya qaldırılan təyyarənin vurulacağını bildirmişdilər. Deməli ciddi gərginliyin astanasındayıq. Başqa bir məqam , aydın olur ki, Ermənistan ilk təyyarəni məhz Azərbaycanda prezident seçkiləri olan gün səmaya qaldırmağa hazırlaşır. Bu isə açıq-aşkar təxribatdır və seçki günü regionda süni şəkildə ağılasığmaz təxribat yaradıla bilər. Ekspertlər hesab edir ki, belə bir məqamda azərbaycanın atacağı addım çox maraqlı olacaq. Amma əsasən hesab edilir ki, Azərbaycan heç bir halda güzəştə getməməlidir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40